Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ağdam-əbədi və əzəli Azərbaycan torpağıdır”  başlıqlı söhbət keçirilib

05.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 05.11.2021-ci il tarixdə Ağdamın işğaldan azad olunmasına həsr edilmiş  "Ağdam-əbədi və əzəli Azərbaycan torpağıdır"  başlıqlı söhbət keçirdi.
Tədbiri filialın kitabxanaçısı Sevil Əliyeva açaraq söylədi ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi,  işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi.Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, ədalət zəfər çalsın və buna nail olduq.
Sonra söz 24 saylı tam orta məktəbin tarix müəllimi Şəhla Mustafayevaya verildi O, qeyd ki,  1990- cı illərdə Qarabağ müharibəsində  şəhər şiddətli döyüş meydanına çevrildi.Ağdam demək olar ki, tamamilə məhv edilib. Müharibədən əvvəl şəhərdə fabriklər, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi. Hal-hazırda azad olunmuş torpaqlarımızda abadlıq işləri gedir.Əminik ki,Ağdam "Ruhlar şəhəri" yox "Cənnət güşəsi"nə çevriləcək.
Tədbirin sonunda şagirdlər Qarabağa və vətənə aid şeirlər söylədilər.